Veteran güləşçisiçimiz dünya çempionatında 3 medal qazandı
14.10.2019 - 10:54
Oktyabrın 8-dən 13-dək Gürcüstanın paytaxtı Tbilisidə sərbəst və yunan-Roma güləşi üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
APA-nın məlumatına görə, mundialda Azərbaycanın 3 yunan-Roma güləşçisi fəxri kürsüyə qalxıb.
Müxtəlif yaş qruplarında Məmməd Əliyev (78 kq) və Musa Mirzəyev (130 kq) gümüş, Rövşən İsmayılxanlı (130 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, milli dərəcəli hakimlərimizdən Xəyal Əliyev və Eldar Məmmədov yarışda ədaləti qoruyub. Onlar beynəlxalq dərəcə almaq üçün imtahandan da keçib.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
0
0