AVRO-2020-nin yarımfinal və final matçlarının Londondakı “Uembli” stadionunda təşkili ilə bağlı heç bir problem yoxdur.
Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti yayıb.
Bildirilib ki, iyulun 11-də keçirilməsi nəzərdə tutulan həlledici qarşılaşma Londondan alınmayacaq: “UEFA İngiltərə Futbol Assosiasiyası və yerli qurumlarla “Uembli”də keçiriləcək yarımfinal və final oyunları üçün sıx çalışır. Bu görüşlərin məkanının dəyişdirilməsi ilə bağlı heç bir planımız yoxdur”.
Qeyd edək ki, İtaliyanın baş naziri Mario Draqi və onun almaniyalı həmkarı Angela Merkel dünən təşkil olunan birgə mətbuat konfransında İngiltərədə koronavirusun yeni növünün yayılması səbəbindən final görüşünün həmin ölkədən alınmasının tərəfdarı olduqlarını açıqlayıblar.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək