Azərbaycan qrossmeysteri Teymur Rəcəbov onlayn blits şahmat turnirində çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, təmsilçimiz “Airthings Masters” turnirində qüvvəsini sınayacaq.
İki mərhələdən ibarət yarışda 12 şahmatçı mübarizə aparacaq. Teymurun rəqibləri arasında bir neçə gün əvvəl məğlub etdiyi erməni şahmatçı Levon Aronyan da yer alıb.
Dairəvi sistemdə keçiriləcək ilk mərhələdə ilk 8 yeri tutanlar mübarizəni davam etdirəcək.
200 min dollar mükafat fondu olan turnirin qalibi 60 min qazanacaq. Rəcəbov və onun prinsipial rəqibi olan Aronyandan başqa, turnirdə dünya çempionu Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Danil Dubov (hamısı Rusiya), Aniş Giri (Niderland), Pantala Harikrişna (Hindistan) və David Anton (İspaniya) mübarizə aparacaq.
Qeyd edək ki, dekabrın 26-da başlayacaq turnir 2021-ci il yanvarın 3-də başa çatacaq.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib