Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin məhkəməsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, pedofillikdə günahlandırılan 59 yaşlı avstriyalı mütəxəssis 5 il müddətinə azadlıqdan məhrum edilib.
Zayzenbaher ölkəsində keçirilən məhkəmədə şahidlərin çıxışlarından sonra günahkar olduğu sübuta yetirilib. Lakin mütəxəssis bu qərardan apelliyasiya verə bilər.
Qeyd edək ki, 2012-2013-cü illərdə Azərbaycanda işləmiş məşqçinin 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən idmançılarını zorladığı bildirilir. Zayzenbaherin 1999-cu ildəki ilk “qurbanı”nın 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib. Bundan başqa, çalışdırıcı 2004-cü 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib