AFFA-da yeni təyinat
03.02.2025 - 20:27
AFFA-da yeni təyinat

AFFA-da yüksək vəzifəyə təyinat baş tutub.

Apasport.az xəbər verir ki, qurumun baş katibi vəzifəsinə Cahangir Fərəcullayev təyin olunub. 

Cahangir Fərəcullayev 1981-ci ildə Bakıda anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetin Şərqşünaslıq fakültəsində bakalavr və magistr təhsili alıb. 

O, 2004-2019-cu illərdə Deniz Service, Engin, Gametv Prodüser Mərkəzi, AGBank, Novartis, Sandoz və JTI Azərbaycan şirkətlərində müxtəlif vəzifələrdə çalışıb, biznesin inkişafı və marketinq üzrə müstəqil məsləhətçi kimi çıxış edib. 

2019-2020 illərdə "Topaz" şirkətinin baş direktoru olub. 2021-ci ildən indiyə qədər "Azərlotereya" ASC-də baş direktorun müşaviri və LMK şirkətində baş direktor vəzifəsində çalışıb.

Cahangir Fərəcullayev vəzifəsinin icrasına bu gündən etibarən başlayacaq.

0