AFFA "Neftçi" və "Turan Tovuz"u cərimələyib
23.01.2025 - 13:51
AFFA "Neftçi" və "Turan Tovuz"u cərimələyib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Turan Tovuz” komandası 800 manat cərimə edilir (maddə 52.1);

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin və rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Turan Tovuz” komandası 1000 manat cərimə edilir (maddə 43.7);

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Turan Tovuz” komandası 1500 manat cərimə edilir (maddə 52.2);

19 yanvar 2025-ci il tarixində Misli Premyer Liqasında XIX turun “Neftçi” – “Sabah” oyununda meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 800 manat cərimə edilir (maddə 51.2);

18.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Neftçi-2” – “Sabah-2” oyununda “Neftçi-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37);

18.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Neftçi-2” – “Sabah-2” oyununda “Sabah-2” komandasında 5 futbolçu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37);

21.01.2025-ci il tarixində Əvəzedicilər liqasında XIX turun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 81-ci dəqiqəsində “Kəpəz-2” komandasının 57 nömrəli futbolçusu Amur Yusifov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).

29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Asta” FK – “Birlik” PFK oyununda  “Birlik” PFK komandasının heyətində 6 nömrəli futbolçusu Ömər Babayevin qarşılaşmanın 62-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Asta” FK – “Birlik” PFK oyununda “Asta” FK komandasının heyətində 10 nömrəli futbolçusu Şahin Qasımzadənin qarşılaşmanın 73-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Asta” FK – “Birlik” PFK oyununda “Birlik” PFK komandasının heyətində 22 nömrəli futbolçusu Bilal Axundzadənin qarşılaşmanın 73-cü dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)

29 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Asta” FK – “Birlik” PFK oyununda “Asta” FK komandasının heyətində 7 nömrəli futbolçusu Vahid Hacıyevin qarşılaşmanın 76-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

12 yanvar 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən “Ruslan”(Gəncə) – “Kəpəz” PFK oyununda  “Kəpəz” PFK komandasının heyətində 10 nömrəli futbolçusu Hüseyn Əzizovun qarşılaşmanın 60-cı dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

18 yanvar 2025-ci il tarixində AFFA U-17 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ-Sumqayıt FK oyununda “Sumqayıt” FK komandasının heyətində 4 nömrəli futbolçusu Elgün Məmmədovun qarşılaşmanın 74-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

19 yanvar 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən “Ramana” İM – “Birlik” oyununda  “Birlik” komandasının baş məşqçisi Zahid Əliyevin qarşılaşmanın 66-cı dəqiqəsində hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 42.3)

11.01.2025-ci il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Yasamal Bakı” – “Baku Fire” oyununda “Yasamal Bakı” komandasının oyunçusu İmaməli Hüseynov oyunun 26-cı dəqiqəsində  qeyri-idman hərəkəti, Ətraflı səbəb: Perspektivli hücumun qarşını almaq və ya mane olmaq üçün topa əl ilə toxunmaq səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

12.01.2025-cü il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Star kargo” – “Çarşı Bakı” oyununda, “Star kargo” komandasının oyunçusu Rəsul İbrahimov oyunun 10cu dəqiqəsində Söz və ya hərəkətlə etiraz səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)

12.01.2025-cü il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Star kargo” – “Çarşı Bakı” oyununda, “Çarşı Bakı” komandasının oyunçusu Cavid Hüseynov oyunun 36cı dəqiqəsində qeyri-idman hərəkəti  səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

18.01.2025-cü il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin U-19 – “Şuşa” oyununda, U-19 komandasının oyunçusu Rəvan Məşiyev oyunun 27-ci dəqiqəsində Tələb olunan məsafəyə riayət edilməməsi səbəbindən bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

18.01.2025-cü il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Neftçi” İK İB – “Star Kargo” oyununda, “Star kargo” komandasının oyunçusu Qərib İbrahimov oyunun 17-ci dəqiqəsində Təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbindən birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə qarşı fiziki təziq göstərdiyinə görə 5 oyun cəzalandırılsın (maddə 40.9)

18.01.2025-cü il tarixində keçirilən futzal üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Baku Fire” – “Araz Naxçıvan” oyununda, “Baku Fire” komandasının oyunçusu Fərid Ələkbərov oyunun 30-cu dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

0