AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov vəfat edib
23.03.2025 - 21:43
AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov vəfat edib

AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə APA-ya Mətbuat Şurasının əməkdaşı, jurnalist İlqar Tağıyev məlumat verib.

Qeyd edək ki, Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə "Neftçi" komandasında, müxtəlif illərdə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb.