AFFA-nın yığmaya cəlb etmək istədiyi futbolçu Rusiya millisində
29.10.2025 - 14:31
AFFA-nın Azərbaycan milli komandasına cəlb etmək istədiyi Moskva "Dinamo"sunun yarımmüdafiəçisi Ülvi Babayev Rusiyanın gənclərdən ibarət yığmasına çağırılıb.
Apasport.az xəbər verir ki, istedadlı futbolçu 38 oyunçudan ibarət geniş heyətdə yer alıb.
Rusiya yığması noyabrın 12-də, 15-də və 18-də müvafiq olaraq İran, Qırğızıstan və Bəhreynin U-23 komandaları ilə qarşılaşacaq.
Əslən azərbaycanlı olan 21 yaşlı vinger "Dinamo"nun yetirməsidir. O, daha əvvəl Rusiyanın U-15 və U-16 millilərində ümumilikdə 9 oyun keçirib.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
0
1