AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub.
Misli Premyer Liqası IV tur
04.09.2026-cı il tarixində Misli Premyer Liqasında IV turun “Kəpəz” – “Şamaxı” oyununda “Kəpəz” komandasının 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
04.09.2026-cı il tarixində Misli Premyer Liqasında IV turun “Kəpəz” – “Şamaxı” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
06.09.2026-cı il tarixində Misli Premyer Liqasında IV turun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
06.09.2026-cı il tarixində Misli Premyer Liqasında IV turun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
I Liqa I tur
03.09.2026-cı il tarixində I Liqada I turun MOİK – “Şahdağ Qusar” oyununda MOİK komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün MOİK komandası 210 manat cərimə edilsin (maddə 43.1);
03.09.2026-cı il tarixində I Liqada I turun MOİK – “Şahdağ Qusar” oyunundan əvvəl MOİK komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə MOİK komandası 450 manat cərimə edilsin (maddə 84.1);
03.09.2026-cı il tarixində I Liqada I turun MOİK – “Şahdağ Qusar” oyununda “A buraxılışı” olmayan şəxs texniki zonada olduğu üçün MOİK komandası 300 manat cərimə edilsin (maddə 86.12);
03.09.2026-cı il tarixində I Liqada I turun MOİK – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
03.09.2026-cı il tarixində I Liqada I turun “Xankəndi” – “Səbail” oyununda “Xankəndi” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Xankəndi” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
03.09.2026-cı il tarixində I Liqada I turun “Baku Sportinq” – “Karvan-Yevlax” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə “Baku Sportinq” komandası 300 manat cərimə edilsin (maddə 94, 99, 68);
03.09.2026-cı il tarixində I Liqada I turun “Baku Sportinq” – “Karvan-Yevlax” oyununda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Karvan-Yevlax” komandası 210 manat cərimə edilsin (maddə 43.1);
Əvəzedicilər Liqası III tur
05.09.2026-cı il tarixində Əvəzedicilər Liqasında II turun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilimiş vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 200 manat cərimə edilsin (maddə 94, 99, 57.2);
05.09.2026-cı il tarixində Əvəzedicilər Liqasında II turun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununun 57-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının 75 nömrəli futbolçusu Hüseyn Bayramzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
06.09.2026-cı il tarixində Əvəzedicilər Liqasında II turun “Zirə-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasında 7 nəfər sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1).