Messi sonrası ilk oyunda Argentina məğlub oldu - VİDEO
14.11.2026 - 11:05
Messi sonrası ilk oyunda Argentina məğlub oldu - VİDEO

Argentina millisi yoldaşlıq görüşündə Uruqvayla qarşılaşıb.

Apasport.az xəbər verir ki, Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilən matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk hissədə hesab açılmayıb. Uruqvay millisi 48-ci dəqiqədə Leonardo Balerdinin avtoqolu ilə önə keçib. Beş dəqiqə sonra Maksimiliano Arauxo fərqi iki topa çatdırıb.

Argentina millisinin yeganə qolunu 73-cü dəqiqədə Xulian Alvares vurub.

Bu, Argentina yığmasının Lionel Messinin milli komandadan ayrılmasından sonra keçirdiyi ilk oyun olub.

Qeyd edək ki, Messi millidəki son matçını ötən ay Beninə qarşı keçirib. Həmin görüş Argentina millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.