AFFA rəsmisi FIFA-nın seminarında
05.09.2025 - 17:55

İsveçrənin Sürix şəhərində FIFA tərəfindən təşkil olunan Qadın Futbolu üzrə Avropa üçün Regional Seminar (FIFA Women's Football Regional Workshop) keçirilib.
Apasport.az xəbər verir ki, FIFA-nın qərargahında təşkil olunan tədbirdə UEFA-ya üzv olan bütün milli assosiasiyaların nümayəndələri bir araya gələrək, qadın futbolunun inkişafı sahəsində əməkdaşlıq, bilik mübadiləsi aparıb və təcrübə paylaşımı ediblər.
AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva da seminarda iştirak edib.
0
0