AFFA "Zirə"nin şikayətini qismən təmin edib
22.04.2025 - 15:46
AFFA "Zirə"nin şikayətini qismən təmin edib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Zirə" klubunun U-17 komandasının futbolçusu Qurban Cəlilovla bağlı şikayətini qismən təmin edib.

Apasport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, aprelin 12-də "Qarabağ"la qarşılaşmada rəqibi təhqir edən futbolçunun 3 matçlıq cəzasının ikisi şərti olaraq dəyişdirilib.

Qurban Cəlilova 3 aylıq sınaq müddəti təyin edilib.