
Azərbaycan milli komandasının sabiq üzvü Aleksandr Çertoqanov apasport.az saytına açıqlama verib.
O, yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsindəki son oyunlarını şərh edib:
“Azərbaycan milli komandası Fransa və Ukraynaya qarşı yaxşı və sona qədər mübarizə apardı. Komandada mübarizlik olduğu hiss edilir. Fransa millisinin səviyyəsi bəllidir, onlara qarşı oynamaq çox çətindir. Ukrayna millisi də güclüdür, onlara qarşı da asan deyil. Amma Azərbaycan yaxşı mübarizə apardı və hətta xal qazana bilərdi. Qarşıda iki görüş var. İslandiyaya qarşı səfərdə ağır məğlubiyyət oldu. Ümidvaram ki, Azərbaycan Bakıda rəqibini məğlubiyyətə uğrada biləcək. Ayxan Abbasovun rəhbərliyi altında komandanın daha yaxşı oynayacağını düşünürəm. Əslində, qrupda yer alan bütün rəqiblər güclüdür. Amma Bakıda ən azından xal almaq olar. Fikrimcə, Azərbaycanda İslandiyaya qarşı Bakıda daha yaxşı oynayacaq. Millidə yerli baş məşqçinin olması da yaxşıdır. Ümidvaram ki, hər şey milli üçün uğurlu alınacaq”.