Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”
12.11.2025 - 19:39
Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”

Futbol üzrə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində millimiz Bakıda İslandiya ilə qarşılaşacaq.

Apasport.az xəbər verir ki, yığmamızın futbolçusu Anton Krivotsyuk qarşılaşmadan əvvəl mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşüb:

"Rəqibimizi yaxşı tanıyırıq. Onlar güclü komandadır. Rəqibin heyətində keyfiyyətli və kreativ oyunçular var. Bunu bilirik. Çətin oyun olacaq. Amma biz yaxşı hazırlaşmışıq. İnanıram ki, sabah ən yaxşı performansımızı göstərəcəyik".

- Azərbaycan dilində danışırsan. Harada öyrənmisən? 
- İki ilə öyrənmişəm. Amma uzun müddətdir danışmırdım. İndi yaxşı şansım var ki, sizinlə danışam.

- Ayxan Abbasovun gəlişindən sonra nə dəyişib? 
- Çox şey dəyişməyib. Ayxan müəllimin gəlişindən sonra görürsüz ki, indi hamıda milli ruh və yaxşı kollektivimizimiz var. Yaxşı nəticələr göstərməyə çalışırıq. Bunu başa düşürük. İnanıram ki, sabah da bunu göstərə bilərik.