
APA Jurnalist Məktəbi növbəti təlim kursu üçün iştirakçı qəbulu elan edir.
3 ay davam edəcək təlimlərə qeydiyyat bu gündən başlayır. Qeydiyyat aprelin 22-si saat 18:00-dək davam edəcək və ödənişsizdir.
Təlimlər həftədə 3 dəfə müəyyən olunmuş proqram üzrə aparılacaq.
APA Jurnalist Məktəbində daimi təlimçilərlə yanaşı, hər həftə tanınmış jurnalistlər, blogerlər, yeni media mütəxəssisləri öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcəklər.
Qeyd edək ki, APA Media Group Azərbaycanda online medianın ilk nümunələrini yaradan şirkətlərdəndir. Azərbaycanın onlarla tanınmış jurnalisti ilk fəaliyyətinə məhz bu şirkətdə başlayıb, yüzlərlə jurnalist bu günə qədər APA Media Groupda fəaliyyət göstərib. Hazırda şirkətdə gənclərlə yanaşı, onlarla təcrübəli jurnalist və media mütəxəssisi çalışır.
Təlim iştirakçılarına APA Media Groupda təcrübə keçmək, yüksək nəticə göstərənlərə işlə təmin olunmaq imkanı da yaradılacaq.
CV-lərinizi aşağıdakı mail ünvanına və vatsap nömrəsinə göndərə bilərsiniz:
[email protected] 070 712 72 73