"Karvan-Yevlax" mövsümün ikinci yarısının hazırlığını davam etdirir.
Apasport.az xəbər verir ki, bölgə təmsilçisinin kapitanı Araz Abdullayev toplanış barədə fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.
33 yaşlı vinger əsas məqsədlərinin sonuncu pillədən qurtulmaq olduğunu deyib: “Qış hazırlığımız yaxşı keçir. Mən və komanda yoldaşlarım məşqlərdə səylə çalışırlar. Gündə iki dəfə olmaqla hazırlığımız davam edir. Füzuli müəllimin məşqlərdə verdiyi tapşırıqları səylə yerinə yetirməyə çalışırıq. Düşünürəmki “Sabah”la çempionat oyununa qədər tam hazır olacağıq. Əsas fikrimiz sonuncu pillədəki mövqeyimizi tərk edib yuxarı pillələrə yüksəlməkdir. Düşünürəmki bunu biz komanda olaraq bacaracağıq.”
- AFFA futbol klublarının akademiya rəhbərləri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib