"Araz-Naxçıvan" azarkeşlərə görə 2500, "Turan Tovuz" isə 5700 manat cərimələnib
25.11.2025 - 14:38
Misli Premyer Liqası təmsilçilərindən "Araz-Naxçıvan" 2500, "Turan Tovuz" isə 5700 manat cərimələnib.
Apasport.az xəbər verir ki, xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.
XII turun "Araz-Naxçıvan" – "Turan Tovuz" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə Naxçıvan təmsilçisi 2500 manat cərimələnib. "Turan Tovuz" isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 5000 manat ziyana düşüb.
Bundan əlavə, Tovuz klubu oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
- “Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI
- Kamerunlu vinger "Səbail"də - RƏSMİ
- AFFA rəsmisi: "İnfantino belə sürət görmədiyini dedi”
- U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA
- Dünya çempionatına 14 gün qalmış – Hövsanda son hazırlıqlar - VİDEO
0
0