Qış fasiləsi zamanı baş məşqçi postunda Yevgeni Kukseviçi gətirən “Araz-Naxçıvan” çalışdırıcının istəyi əsasında heyətini gücləndirmək istiqamətində işlər görür.
Apasport.az xəbər verir ki, son çempion 3 futzalçı ilə anlaşıb.
Vaxtilə millimizin də formasını geyinmiş Amir Şojaei yenidən “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq.
Roman Adamov isə Rusiya çempionatından ölkəmizə gəlib. 34 yaşlı hücumçu “Volqa” klubunda çıxış edib.
Mateus Henrique də hücumçudur. Braziliyanın “Marreco” klubundan dəvət olunan futzalçının 26 yaşı var.
Hər 3 oyunçu ilə “5ay+1 il” müddətinə anlaşma əldə olunub. Əvəzində Qüdrət Qasımzadə və İmaməli Hüseynov “Yasamal Bakı”ya icarəyə verilib.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda Yüksək Liqanın turnir cədvəlində 16 xalla 6 komanda arasında üçüncü pillədədir.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB