“Araz-Naxçıvan"dan növbəti transfer
28.07.2025 - 18:55
“Araz-Naxçıvan"dan növbəti transfer

“Araz-Naxçıvan” klubu braziliyalı futzalçı transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Naxçıvan təmsilçisi Filipinyo ilə müqavilə imzalayıb.

Qeyd edək ki, təcrübəli futzalçı sonuncu dəfə Qazaxıstanın “Aktobe” klubunda çıxış edib.