"Araz-Naxçıvan"ın 2 futbolçusu məşqləri buraxıb
05.03.2024 - 14:32

"Araz-Naxçıvan"ın iki futbolçusu Orxan Əliyev və Aksel Nqando yüngül zədə səbəbindən bu gün keçirilən məşqdə iştirak etməyiblər.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onların Azərbaycan Premyer Liqasının 26-cı turunda keçiriləcək “Turan Tovuz”la matça hazır olub-olmayacaqları qarşıdakı günlərdə məlum olacaq.
Qeyd edək ki, “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu martın 10-da, saat 15:30-da Tovuz şəhər stadionunda keçiriləcək.
- Benziaya Türkiyədən təklif: Qərarı böyük ölçüdə bəllidir
- Abbas Hüseynov: "Romao və Juninyo üçün darıxıram" - Müsahibə
- Ermənistanın futbol klubuna qaçan "Neftçili" -"Mənim üçün çoxdan ölüb"
- Region Liqasında yeni mövsümün keçiriləcəyi tarix açıqlanıb
- Vaqif Cavadov 2-ci məktubu da açdı – İndi növbə sənindi haa...
0
0