“Araz-Naxçıvan”ın qolkiperi milliyə dəvət alıb
10.11.2025 - 19:17
“Araz-Naxçıvan”ın qolkiperi milliyə dəvət alıb

“Araz-Naxçıvan” klubunun qapıçısı Kristian Avram Moldova milli komandasının heyətinə çağırılıb.

Apasport.az xəbər verir ki, təcrübəli qolkiper DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində iki oyunda iştirak edəcək.

O, noyabrın 13-də Kişinyovda İtaliya yığmasına qarşı meydana çıxacaq. Üç gün sonra – noyabrın 16-da isə Moldova səfərdə İsrail millisi ilə qarşılaşacaq.