“Araz-Naxçıvan”ın rəqibi yeni transferini açıqlayıb
19.06.2025 - 22:12
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"ın rəqibi olan "Aris" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Yunanıstan təmsilçisi "Gent"dən Noa Fadiqanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Seneqal millisinin üzvü olan 25 yaşlı sağ cinah müdafiəçisi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyunu iyulun 24-də Bakıda, cavab görüşü isə 1 həftə sonra Yunanıstanda baş tutacaq.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
0
0