
“Kubok oyunları hər zaman sürprizlərlə, gözlənilməz nəticələrlə yadda qalır”.
Bu sözləri apasport.az saytına açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsində baş tutacaq oyunlarla bağlı fikirlərini bölüşüb: “4 komandanın da finala çıxma şansları var. Baxmayaraq ki, “Qarabağ” və “Neftçi” ilk oyunda məğlub olublar. Düzdür, “Neftçi” ilk matçı öz meydanında uduzub. Onun işi daha çətin görünür. Hər iki oyunda da minimalhesablı qələbələr qeydə alınıb. Kubokun indiki formatını nəzərə alsaq, bu heç də problemli hesab deyil. Ona görə 4 komandanın da finala çıxmaq şansları var. Təbii ki, bu, “Qarabağ”da daha yüksəkdir. Ağdam təmsilçisi bu oyuna daha ciddi şəkildə hazırlaşır. Komanda stabil heyət formalaşdırıb. Qurban Qurbanov oyunçuları kubok matçına kökləyib. “Sabah” – “Neftçi” görüşündə nəsə demək bir az daha çətindir. Hər iki klub çempionatda Avroliqadan kənarda qaldıqlarına görə, onlar üçün bu oyun daha çox əhəmiyyət kəsb edir. Bu oyunu onlar üçün son şans kimi dəyərləndirmək olar”.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsinin hər iki oyunu sabah baş tutacaq.