Atletimiz Qazaxıstanda 3-cü yeri tutub
23.06.2024 - 22:22
Atletimiz Qazaxıstanda 3-cü yeri tutub

Rüstəm Məmmədov Qazaxıstanın Almatı şəhərində keçirilən atletika yarışında uğurlu çıxış edib.

Apasport.az xəbər verir ki, təmsilçimiz XXXIII Qusman Kosanov Memorialında 3-cü yeri tutub.

Rüstəm üçtəkanla tullanmada 16,12 m nəticə göstərib ki, bu da atletimizə bürünc medal, ölkəmizə isə qələbə qazandırıb.

0