"Oyuna yaxşı başladıq. 100/100 qol epizodlarından istifadə edə bilmədik. İlk hissənin sonunda qapımıza penalti təyin edildi. Təəssüf ki, bununla da matçın taleyi həll olundu. Sonradan dəyişikliklər etsək də, əfsuslar olsun ki, alınmadı. Bu matçı unudub, qarşıdakı oyunlara hazırlaşacağıq. Komandama inanıram. Bu durumdan, inşallah, birlikdə çıxacağıq".
- Turnir cədvəlində sizdən geridə olan komandalarla xal fərqi qapanır. Bu, komandanız üzərində nə dərəcədə gərginlik yaradır?
- Bilirdik ki, böyük xal fərqimiz yox idi. Qarşıda oyunlar var. Həmişə demişəm ki, çempionatın sonuna qədər mübarizə gedəcək. Hələ heç nə bitməyib. Çalışırıq ki, futbolçularımızı o gərginlikdən çıxaraq və növbəti oyunlara kökləyək.
- Cəlal Hüseynovun performansını necə qiymətləndirirsiz? Onunla bağlı hansı addımlar atacaqsız?
- Hansısa futbolçu barədə fərdi danışmaq düzgün olmaz. Cəlal komandamıza yeni qoşulub. Texniki səhvləri çox edir. Gəncdir, üzərində çox çalışmalıdır. Səbirli olmaq lazımdır.