Misli Premyer Liqasının XIII turunda "Zirə" səfərdə "Kəpəz"i məğlub edib - 2:0.
Apasport.az xəbər verir ki, "Zirə" ilə oyundan sonra komandanın baş məşqçisi Azər Bağırov matçla bağlı fikirlərini jurnalistlərlə bölüşüb:
"Çox maraqlı oyun oldu. Meydançada yaxşı mübarizə getdi. İlk yarıda meydanda 7 yerli, 4 əcnəbi futbolçu var idi. Bu həm bizim üçün, həm yerli oyunçuların inkişafı baxımından çox yaxşıdır. İkinci hissədə cüzi səhvlərin nəticəsində uduzduq. Həmişə demişəm ki, belə səhvlər etməməliyik. Əksinə rəqibi səhvə yol verməyə məcbur etməliyik. Təəssüflər olsun ki, qollar buraxdıq və məğlub olduq. Rəqibi qələbə münasibətilə təbrik edirəm".
- “Neftçi” – “Sabah” matçının hakimi bəlli oldu – VII TURUN TƏYİNATLARI
- Kamerunlu vinger "Səbail"də - RƏSMİ
- AFFA rəsmisi: "İnfantino belə sürət görmədiyini dedi”
- U-15 Dünya Çempionatı: Jurnalistlər Hövsan Yarış Kompleksi ilə tanış oldular - FOTOSESSİYA
- Dünya çempionatına 14 gün qalmış – Hövsanda son hazırlıqlar - VİDEO