Azərbaycan derbisi ilk 3-də
20.04.2025 - 11:24
Azərbaycan derbisi ilk 3-də

Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Neftçi” oyununu (3:0) 7200 tamaşaçı izləyib.

Apasport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda mövsümün ikinci göstəricisi qeydə alınıb.

Yalnız bu komandalar arasında XXIII turun görüşündə daha çox tamaşaçı olub.

“Neftçi Arena”da baş tutan “Neftçi” – “Qarabağ” qarşılaşmasını (0:1) 9355 azarkeş izləyib.

Maraqlıdır ki, mövsümün 3-cü göstəricisi də Azərbaycan derbisinə məxsusdur. XV turun “Neftçi Arena”da keçirilən “Neftçi” – “Qarabağ” (0:3) oyununda 7069 tamaşaçı olub.

Qeyd edək ki, seyrçi sayında 4-cü nəticə IX turun “Sumqayıt” – “Qarabağ” matçına (0:1) məxsusdur. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan görüşdə 7000 tamaşaçı qeydə alınıb.