Azərbaycan Kuboku: "Zirə" "Araz-Naxçıvan"ı qəbul edir - YENİLƏNİR
28.02.2025 - 09:19
Azərbaycan Kuboku: "Zirə" "Araz-Naxçıvan"ı qəbul edir - YENİLƏNİR

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün birinci matçında “Zirə” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Komandalar arasındakı ilk oyunda Naxçıvan təmsilçisi qələbə qazanıb - 1:0. 

Azərbaycan Kuboku
1/4 final mərhələsi, cavab oyunları

28 fevral

16:00 "Zirə" – "Araz-Naxçıvan"

 

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.

İlk oyun 0:1
Zirə İdman Kompleksinin stadionu