Azərbaycan Kuboku: “Sabah” çempion - YENİLƏNİB
31.05.2025 - 21:49
Azərbaycan Kuboku: “Sabah” çempion - YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunun final oyunu keçirilib.

Apasport.az xəbər verir ki, həlledici görüşdə “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşə saat 19:00-da start verilib.

Gərgin keçən matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda vurulan bir qol oyunun taleyini müəyyənləşdirib. Görüş "Sabah"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə Vasili Berezutskinin yetirmələri ölkə kubokunun qalibi olublar.

Azərbaycan Kuboku
Final

31 may

19:00 "Qarabağ" – "Sabah" 2:3
Baş hakim: İnqilab Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

“Qarabağ”: 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzia, 8. Marko Yankoviç, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepiniça

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 10. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 6. Abdulax Xaybulaev, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 11. Kahim Parris, 12. Vinsent Til, 99. Neqoş Kupusoviç, 33. Umarali Raxmonaliyev

Baş məşqçi: Vasili Berezutski