Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
13.11.2025 - 13:36
Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib.

Apasport.az xəbər verir ki, komanda noyabrın 13-dən 16-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Komanda noyabrın 17-dən 24-dək Moldovanın paytaxtı Kişineuda təşkil olunacaq UEFA İnkişaf Turnirində 3 oyun keçirəcək.

Yekun heyət noyabrın 17-də müəyyənləşəcək.

Nr. Ad / Soyad Klub
1 Oqtay Mehrəliyev Qarabağ
2 Yavər Əsgərli Sabah
3 Daniil Bayramari Qəbələ
4 Raul Əliyev Qarabağ
5 Ruhid Məmmədli Qarabağ
6 Məhəmmməd Ağamaliyev Qarabağ
7 Harun Əliyev Neftçi
8 Emil Quliyev Neftçi
9 Kənan Əzimov Neftçi
10 Yusif Kərimli Ulduz
11 Nihat Bəylərli Ulduz
12 Murad Zeynallı Ulduz
13 Xəzər Hüseynzadə Sabah
14 Həsən Məhmədov Sabah
15 Ramil Əmirquliyev Qarabağ
16 Səbran Muradlı Qarabağ
17 Murad Məmmədov Sumqayıt
18 Sübhan Əlizadə Neftçi
19 Həsən Mürşüdzadə Qarabağ
20 Qafar Babayev Neftçi
21 Abbas Məmmədli Qarabağ
22 Həsən Ramazanov Sabah
23 İbrahim Rza Qarabağ
24 Rəsul Qurbanlı Ulduz
25 Amin Tağıyev Turan Tovuz

18 noyabr

12:00. Monteneqro – Azərbaycan

20 noyabr

12:00. Azərbaycan – Bolqarıstan

23 noyabr

15:00. Moldova - Azərbaycan

Qeyd edək ki, oyunlar Moldova Futbol Federasiyasının Texniki Mərkəzində təşkil olunacaq. Matçların başlanma saatı Bakı vaxtı ilə göstərilib.