“Bahar turniri”nin qalibləri müəyyənləşib
28.04.2025 - 11:17
“Bahar turniri”nin qalibləri müəyyənləşib

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Qubada 12 yaşadək qızlar arasında keçirilən “Bahar turniri”nin qalibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil edilən turnirdə 6 komanda mübarizə aparıb.

Hacıhüseynli kənd tam orta məktəbin kollektivi turnirin qalibi olub. II və III yerləri müvafiq olaraq Vladimirovka kənd tam orta məktəb və Ağbil kənd tam orta məktəb tutublar. Vladimirovka kənd tam orta məktəbin şagirdi Zəhra Mustafayeva 3 qolla turnirin ən məhsuldar oyunçusu olub. Hacıhüseynli kənd tam orta məktəbin şagirdi Züleyxa Qəniyeva ən yaxşı oyunçu, Ağbil kənd tam orta məktəbin şagirdi Zəhra Rasikova isə turnirin ən yaxşı qapıçısı seçilib.

İlk üç yeri tutanlar diplom və medallarla, qalib komanda isə kubokla mükafatlandırılıb. Mükafatları AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, U-19 (qızlar) millisinin baş məşqçisi Həbib Ağayev və U-17 (qızlar) yığmasının baş məşqçisi Nərgiz Qurbanova təqdim ediblər.

Qeyd edək ki, layihənin təşkilində əsas məqsəd gələcəkdə AFFA U-13 Qızlar Liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir. İştirakçılar AFFA və UEFA tərəfindən idman geyimi və ləvazimatlarla təmin olunub.