Bakıda keçiriləcək dünya çempionatında hakimlər üçün yenilik
19.04.2025 - 13:54
May ayında Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatında hakimlər yeni qulaqlıqlardan istifadə edəcəklər.
Apasport.az xəbər verir ki, Dünya Minifutbol Federasiyası bununla bağlı “BluCom Communications” şirkəti ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzalayıb.
Ən müasir qulaqlıqlar oyunlar zamanı hakimlər üçün ünsiyyətin və matçların idarə edilməsinin təkmilləşdirilməsində əsas rol oynayacaq.
Qeyd edək ki, dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında reallaşacaq.
- Azər Bağırov: “Bu şəhər futbolla yaşayır”
- “Turan Tovuz”dan hakim qərarlarına etiraz - “Təmiz futbol, ədalətli qərarlar tələb edirik!” - VİDEO
- Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi”
- “Şamaxı” Tovuz səfərindən 1 xalla qayıdır - YENİLƏNİB
- Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik”
0
0