Bakıda “SUP turniri” keçiriləcək
19.08.2026 - 19:52
Bakıda "SUP turniri" təşkil olunacaq.
Apasport.az xəbər verir ki, yarış avqustun 22-də Şıxov çimərliyində – Veloparkla üzbəüz ərazidə keçiriləcək.
Turnirdə SUP Board üzrə bacarıqları olan gənclər iştirak edə bilərlər.
Yarışın əsas məqsədi gənclər arasında SUP idman növünün daha geniş təbliği, bu sahəyə marağın artırılması və sağlam həyat tərzinin təşviq edilməsidir.
0
0