
Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq.
Bu gün həmin raundun cavab matçları keçiriləcək. “Qarabağ” “Araz-Naxçıvan”ı (ilk matç: 0:1), “Sabah” “Neftçi”ni (ilk matç: 2:1) sınağa çəkəcək.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “bayquşlar” finala vəsiqə qazana bilməsə, Vasili Berezutski ilə mövsümün sonunda yollar ayrılacaq.
Uzun müddətdir ki, istefası müzakirə olunan Berezutski üçün bu, demək olar ki, son şansdır.
Hətta “Sabah”ın titul qazanacağı təqdirdə, yenə də onun komandadan göndəriləcəyi gözlənilir.
Berezutski özünün ilk ilində uğursuz olmaması və Masazır təmsilçisində qalması üçün kuboku qazanmağa məcburdur.
Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutacaq görüş bu gün saat 20:00-da start götürəcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.