“Azərbaycan–Almaniya Dostluq Həftəsi”çərçivəsində Alman-Azərbaycan Cəmiyyətinin dostu, tanınmış futbol mütəxəssisi Bernd Ştange Peşəkar Futbol Liqasının qonağı olub.
Apasport.az xəbər verir ki, bu gün baş tutan görüşdə məşqçi ilə yanaşı, cəmiyyətin sədri Çingiz Abdullayev, idarə heyətinin üzvü Rüstəm Rəhimov və tanınmış futbol veteranı Vəli Qasımov da iştirak ediblər. Qonaqları Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qəbul edib.
Görüş zamanı tərəflər futbolla bağlı ümumi müzakirələr apararaq, xatirələrini bölüşüblər.Cəmiyyətin nümayəndələri səmimi qarşılanmaya görə PFL rəhbərliyinə təşəkkürlərini bildiriblər. Görüşün sonunda Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov qonaqlara Peşəkar Futbol Liqası və Azərbaycan futbolu ilə bağlı xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, Alman-Azərbaycan Cəmiyyətinin yaranmasının 35 illiyi münasibətilə 18–22 iyun tarixlərində ölkəmizdə “Azərbaycan–Almaniya Dostluq Həftəsi” keçirilir. Həftə çərçivəsində elm, mədəniyyət və idman sahələrində ikitərəfli münasibətlərin inkişafına həsr olunmuş bir sıra tədbirlər təşkil olunur. Bernd Ştangenin ölkəmizin idman ictimaiyyəti ilə keçirəcəyi görüşlər də bu silsilə tədbirlərə daxildir.
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"