Birinci Liqa: "Zaqatala" çempiona qarşı - YENİLƏNİR
15.05.2025 - 09:57

Bu gün Azərbaycan Birinci Liqasında 26-cı tur start götürəcək.
Apasport.az xəbər verir ki, ilk günə 1 oyun nəzərdə tutulub.
Artıq çempionluğu rəsmiləşdirmiş "Qəbələ" 4-cü yerdəki "Zaqatala" ilə qarşılaşacaq. Görüş saat 17:00-da başlayacaq.
Bu matçdan sonra "Qəbələ"yə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.
Xatırladaq ki, 1-ci liqada "Qəbələ" ilə yanaşı, "İmişli" və "Karvan" da növbəti mövsüm Premyer Liqada mübarizə aparmaq üçün vəsiqəni təmin edib.
15 may
17:00. “Qəbələ” – “Zaqatala”
Hakimlər: Emin Əliyev, Orxan İbişov, Rizvan Süleymanov, Nəriman Ağayev
Qəbələ şəhər stadionu
0
0