“Qarabağ” legionerlərdən daha biri ilə yollarını ayıra bilər.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Aleksey Kaşuku icarəyə göndərməyi planlaşdırır.
“Qarabağ”da gözləntiləri qarşılaya bilməyən ukraynalının xidmətində maraqlı olan klublar var.
Hələ ötən mövsüm Kaşuka İspaniya Primero təmsilçisi maraq göstərsə də, “Qarabağ” onu buraxmamışdı.
Qurban Qurbanovun şəxsən sərəncamında maraqlı olduğu Kaşukun bu mövsüm də rəqabətdə gözləntiləri vermədiyi və daim ehtiyatda qaldığı üçün bir mövsümlük icarəyə veriləcəyi gözlənilir.
25 yaşlı vingerin “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Kaşuk “Mariopol”, “Sabah” komandalarında forma geyinib.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB