"Braqa"dan Bakı paylaşımı - VİDEO
21.02.2024 - 16:41
"Braqa"dan Bakı paylaşımı  - VİDEO

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olan Portuqaliya klubu "Braqa" Bakı ilə bağlı paylaşım edib. 

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi "facebook" hesabında video paylaşılıb. 

Paytaxtımızın özünəməxsus mənzərələrindən hazırlanan videoya "Bakı xüsusidir" ifadəsi əlavə edilib. 

Qeyd edək ki, “Qarabağ” sabah saat 21:45-də doğma meydanda Portuqaliya klubunu qəbul edəcək.

0