Braziliyalı yarımmüdafiəçi “Sabah”da
01.09.2026 - 21:31
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Bakı klubu “Zenit”dən braziliyalı yarımmüdafiəçisi Du Keyrozu icarə əsasında heyətinə qatıb.
26 yaşlı futbolçu son mövsümü “Orenburq”da icarədə keçirib. O, Rusiya klubunun heyətində bütün yarışlarda 29 matçda meydana çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Du Keyroz karyerası ərzində “Korintians”, “Qremio” və “Sport Resifi”nin də formasını geyinib. Braziliyalı yarımmüdafiəçinin “Zenit”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
- Kurban Berdıyev: “Son 10 dəqiqəni çıxmaq şərtilə…”
- Dambrauskas: “Məğlubiyyətin məsuliyyətini mən daşıyıram”
- “Sabah” Tovuzdan əliboş qayıdır - YENİLƏNİB
- Bakıda keçirilən FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
0
0