Cəlal oynamadı, komandası xal itirdi
05.10.2024 - 09:23
Cəlal oynamadı, komandası xal itirdi

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Kırcalı təmsilçisi XI turda “Beroe”ni qəbul edib. Matç bərabərliklə başa çatıb – 1:1.

Cəlal bu görüşdə iştirak etməyib. O, sona qədər ehtiyatda qalıb.

“Arda” 11 turdan sonra 15 xalla 6-cı sıradadır.

0