AVRO-2020-nin final mərhələsində 20 vəsiqə seçmə oyunlarından sonra müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, son 4 vəsiqə pley-offda sahibini tapacaq.
Bu mərhələdə gələn il martın 26-da yarımfinal, 31-də final matçları baş tutacaq. Yekunda 4 yol üzrə keçiriləcək pley-offun qalibləri bəlli olacaq. Artıq bu yerlərə iddia edən 16 yığma da bəllidir.
Lakin onlardan 4-ü arasında püşkatma olacaq. Bunlar Bolqarıstan, Macarıstan, İsrail və Rumıniya yığmalarıdır.
Bu komandalardan biri C yolu üzrə, üçü A yolu üzrə mübarizə aparacaq. Püşk İslandiya və Şotlandiyanın rəqibini müəyyənləşdirəcək, digər iki komanda öz aralarında oynayacaq.
A yolu
İslandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
B yolu
Bosniya və Herseqovina – Şimali İrlandiya
Slovakiya – İrlandiya
C yolu
Şotlandiya – Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya
Norveç – Serbiya
D yolu
Gürcüstan – Belarus
Şimali Makedonya - Kosovo
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb