Misli Premyer Liqasının III turunun “Sabah” – “İmişli” oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas fikirlərini bölüşdü.
Apasport.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bildirib:
“İmişli”ni təbrik edirəm. Bu qələbə onlar üçün böyükdür. Təntənəli şəkildə qeyd edirdilər. Oyunun bu cür olacağına ümid etmirdik. İstəmədiyimiz nəticə oldu. Futbolda belə hallar olur. Hər iki hissədə dominant oynadıq, epizodlar yaratdıq. Qapı önündə kəskinlik çatışmırdı. Rəqibin oyun ərzində 2 epizodu oldu, 1-ni qola çevirdi. Səhvlərdən nəticə çıxarmalıyıq. Qarşıdan fasilə gəlir. Bu müddətdə çalışacağıq ki, çatışmayan cəhətləri aradan qaldıraq".
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB