De Bruyne jurnalisti təhqir edib - VİDEO
02.07.2024 - 12:24
De Bruyne jurnalisti təhqir edib  - VİDEO

Dünən Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Fransa-Belçika oyunundan sonra belçikalı futbolçu Kevin De Bruynenin jurnalistə verdiyi cavab dünya mediasında böyük əks-səda yaradıb.

Apasport.az xəbər verir ki, matçdan sonra təşkil olunmuş mətbuat konfransında jurnalistin verdiyi “Belçikanın qızıl nəsli niyə kuboksuz qaldı?” sualına ulduz futbolçu “nə demək istəyirsiniz, Fransa, İngiltərə, İspaniya və Almaniyanın heyətləri zəif idimi?” cavabını verib. Bu cavabdan sonra konfransı tərk edən De Bruyne jurnalistə “axmaq” deyərək təhqir edib. 

Qeyd edək ki, Fransaya məğlubiyyətdən sonra belçikalı futbolçular azarkeşlərin ciddi tənqidinə məruz qalıblar. 
 

0