Misli Premyer Liqasının XX turunun “Araz-Naxçıvan” – “Neftçi” matçından (2:1) sonra ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Oyunun ağır və dramatik keçəciyini təxmin edirdik. Qış fasiləsindən sonra da "Neftçi"nin göstərdiyi oyun bizəmüəyyən siqnallar verirdi ki, ağır oyun olacaq. Ümumi götürəndə, komandamın çıxışından razı qaldım. Yaxşı, əzmkar istədiyim futbolu mənə qaytarmağı çalışırdılar. Qələbə qazandıq. komandamı təbrik edirəm, qarşıdakı oyunlara hazırlaşacağıq".
- Birinci hissədə nə etdiz ki, rəqib 4 əvəzetmə birdən etdi?
- Daha çox özümüzə köklənirik. Rəqibin məşqçisi nə edəcəksə, bizə də sirr qalır. Bizi daha çox düşündürən öz oyunumuzun oyun-dəst xəttidir. Rəqib 4 əvəzetmə etdi..
- Həmin əvəzetmələrdən sonra fərq hiss etmədiz?
- Hesabda öndə olanda da, rəqib üstünə gəlir. Bu da normaldır.
- Üç məğlubiyyət psixoloji təzyiq göstərirdi?
- idman mediası bizi qara zolağa salmağa çalışırdı. Bu zolaq yoxdur. Nə mən, nə də komanda həmin təzyiq altında deyilik. Futbolda udmaq necə əhəmiyyətlidirsə, məğlubiyyəti də gözləməlisən. Bu da mümkün deyil. Komanda olaraq uğurlu nəticəyə köklənirdik.