Misli Premyer Liqasının XIII turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (2:1) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb, daha sonra isə jurnalistlərin suallarını cavablayıb.
"Ağır oyun alındı. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. Birinci hissədə oyuna nəzarət edən tərəf biz idik. İkinci hissədə nəzarəti itirdik. Ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalıyıq ki, növbəti oyunlara yaxşı hazırlaşaq".
- "Qəbələ"yə uduzmağınıza görə təəssüflənirsiz, yoxsa 3 xal itirdiyinizə görə?
- Mənim "Qəbələ" ilə heç bir prinsipim yoxdur. Sadəcə komandanın oyundan qopması məni kədərləndirir. "Qəbələ" qələbəyə layiq idi. Biz qalib gəlmək üçün heç nə etmədik.
- Premyer Liqa klublarında UEFA PRO lisenziyalı məşqçilər üstünlük təşkil edir
- Sosial şəbəkələrdə ən çox izləyicisi olan Azərbaycan klubları bəlli olub
- Futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub
- Premyer Liqa klublarının 2024-cü ildəki gəlirləri açıqlanıb
- Premyer Liqa klublarının uşaq-gənclər sektoruna ayırdığı vəsait artıb