Emil Mustafayevin yolu haradır? - AVROPA VƏ AZƏRBAYCAN VARİANTI
16.04.2025 - 16:31
Emil Mustafayevin yolu haradır? - AVROPA VƏ AZƏRBAYCAN VARİANTI

Azərbaycan milli komandasının üzvü Emil Mustafayev mövsümün sonunda “Polessye”yə qayıdacaq.

Apasport.az saytına verilən məlumata görə, Jitomir təmsilçisinin heyətində istədiyi qədər oynamaq şansı tapmadığı üçün “Çernomorets”ə icarəyə yollanan futbolçu Odessa klubundakı durumdan da razı deyil.

Onun mövsümün sonunda “Çernomorets”dən ayrılaraq “Polessye”yə dönəcəyi dəqiqləşib. Futbolçunun yeni sezona Azərbaycanda başlamaq ehtimalı hələ də qalıb.

Yerli pasportu olduğu üçün klublarımız Mustafayevi heyətinə qatmaq üçün rəqabət aparırdı. Amma Premyer Liqada legioner limitinin ləğvindən sonra vəziyyət dəyişə bilər.

Mustafayevin xidmətində maraqlı olan klubların sayı az deyil. Həm Ukrayna, həm də Avropadan Emili heyətinə qatmaq istəyən komandalar var.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi “Aleksandriya” klubunun yetirməsidir. Onun “Polessye” ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.