 
                    Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli bu qış “Kayzerslautern”dən ayrıla bilər.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı forvard klubda oyun praktikasının az olmasından narazıdır və indiki komandasında qalmaq istəmir.
Emrelinin “Nürnberq”ə geri qayıtmaq ehtimalı yüksək qiymətləndirilir. “Kayzerslautern”də oynamasa belə, hazırda ona kifayət qədər təkliflər var.
İtaliya və Polşa klublarından da təkliflər alan Emreli, qış fasiləsinə qədər gözləmə mövqeyində olacaq. Əgər ona qədər oynamağa imkan tapmasa, “Kayzerslautern”dən ayrılığı reallaşa bilər.
Qeyd edək ki, Mahirin hazırkı komandası ilə müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.
 
             
                     
                     
                                                                                                 
                                             
                                             
                                            