Əvəzedicilər Liqası: X tura yekun vurulub
21.10.2024 - 21:21
Əvəzedicilər Liqası: X tura yekun vurulub

Bu gün Əvəzedicilər Liqasında X tura yekun vurulub.

Apasport.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

“Sumqayıt”ın ikinci komandası “Turan Tovuz”un əvəzediciləri ilə üz-üzə gəlib. 9 qolun vurulduğu matçda qonaqlar qələbə qazanıb.

“Sumqayıt-2” 10 turdan sonra 15 xalla 4-cü, “Turan Tovuz-2” isə 27 xalla birinci sıradadır.

0