Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi
10.05.2025 - 17:17
Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi

İtaliya A Seriyasında aprel ayının ən yaxşı məşqçisi məlum olub.

Apasport.az xəbər verir ki, “Komo”nu çalışdıran Sesk Fabreqas ötən ayın ən yaxşısı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

38 yaşlı ispaniyalı mütəxəssisin komandası apreldə 4 oyun keçirib və hamısında qalib gəlib.

Qeyd edək ki, “Komo” hazırda 49 xalla 10-cu pillədədir.