“Karvan-Yevlax” sabah Misli Premyer Liqasının XIII turu çərçivəsində səfərdə “Qarabağ”la qarşılaşacaq.
Apasport.az saytının əldə etdiyi məlumata görə, bölgə təmsilçisini bu oyuna komandanın yeni baş məşqçisi Füzuli Məmmədov çıxaracaq.
Artıq tərəflər arasında razılıq əldə olunub və təcrübəli mütəxəssisin təyinatının oyundan əvvəl rəsmi olaraq açıqlanması gözlənilir.
“Karvan-Yevlax”a son olaraq Azər Həşimov rəhbərlik edib. Komanda çempionatda topladığı 5 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.
Xatırladaq ki, Füzuli Məmmədov ötən mövsüm I Liqada ağır vəziyyətdə olan “Mingəçevir”ə rəhbərlik etmiş və komandanı çempionatda saxlamağı bacarmışdı. İllər sonra Premyer Liqaya qayıdan təcrübəli pro kateqoriyalı mütəxəssisin “Karvan-Yevlax”la göstərəcəyi nəticələr maraqla gözlənilir.
Qeyd edək ki, Füzuli Məmmədov karyerası ərzində “Neftçi”, Azərbaycan U-15, U-16, U-17, U-18 milliləri və “Qaradağ Lökbatan” klubuna rəhbərlik edib. O, Lökbatan təmsilçisi ilə 2022/23 mövsümündə I Liqanın qalibi olmuşdu.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib